Şirkətimiz hazır beton qarışığının (HQB) istehsalı, laboratoriyası, sahəyə çatdırılması və pompa xidməti daxil tam beton təchizatı zəncirini həyata keçirir.
Bakı şəhəri və Abşeron rayon üzrə mövcud stasionar 2 ədəd beton istehsalı zavodlarından 24 saatlıq iş rejimində, iş və qeyri iş günləri istənilən saatda, razılaşdırılmış ünvanlara pərakəndə və layihə əsaslı beton satışı həyata keçirilir.
Beton istehsalı İstehsalat, saatda 140 m³ istehsal gücü ilə, iki hazır beton qurğularında aparılır. Müəssisəyə daxil olan sement, qum, çınqıl laboratoriya tərəfindən yoxlanılır. Xüsusi təchizatlı laboratoriya nəzarəti altında yüksək keyfiyyətli və istənilən dizaynda hazır beton qarışığı (M50 - M1000) və sement məhlulu (M100 - M500) tam avtomatlaşdırılmış istehsal prosesində istehsal edilir.
Laboratoriya xidməti Həm xammal qəbulu, həm də istehsal prosesi zamanı ciddi laboratoriya nəzarəti həyata keçirilir. Lahiyələrdə - istehsal sahəsində, eləcə də çatdırılma ünvanlarında HBQ-lərdən nümunələrin götürülməsi və saxlanılması üçün səyyar laboratoriya xidməti təşkil edilir.
Nəqliyyat və daşıma xidməti Bakı şəhəri və yaxın regionlara, istənilən həcmdə (6, 9, 10, 12 m³) yük nəqliyyatı (avtomikser) ilə daşınılır.
Pompa xidməti Beton tökmə və yerləşdirmə işlərinin aparılması üçün 55m., 47m , 36m avtopompalar və stasionar pompalar təklif olunur.
Səyyar istehsalat İstehsal yerini sifarişçinin tələbinə uyğun inşaat sahəsində mobil beton zavodlar quraraq HQB istehsalını təklif edilir. Səyyar istehsalat vasitəsi ilə layihəyə uyğun xüsusi qiymət endirimləri, zamana qənaət əldə etmək olar.